Hakan Fidan: Türkiyə ilə inteqrasiya Aİ üçün zərurətə çevrilib
Türkiyə ilə dərinləşdirilmiş inteqrasiya Avropa İttifaqı (Aİ) üçün strateji zərurətə çevrilib.
"Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.
"İlk və ən konkret addım isə Aİ Gömrük İttifaqının yenilənməsi olacaq", - H. Fidan bildirib.
Y. Vadeful qeyd edib ki, NATO üzvləri bir-birini dəstəkləyir: "Türkiyə bu gərgin dünyada məsuliyyət daşıdığını təsirli bir şəkildə ortaya qoyur. NATO sammiti (Ankarada keçiriləcək-red.) Türkiyəni ittifaqın möhkəmlənməsi baxımından önəmli mövqeyə gətirir".
Onun sözlərinə görə, Almaniya Türkiyə və Aİ arasında strateji əlaqələrin dərinləşdirilməsinin tərəfdarıdır. "Türkiyə, mühüm bir NATO müttəfiqi, Aİ-nin də vacib bir ticarət tərəfdaşı olaraq, bütün sənaye və müdafiə siyasətlərinin inkişaf etdirilməsinə daxil edilməlidir", - Vadeful vurğulayıb.
Qeyd edək ki, H. Fidan Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısı çərçivəsində Berlində səfərdədir.
Oxşar xəbərlər
Hakan Fidan: Türkiyə qlobal diplomatiyanın mərkəzinə çevrilib
Hakan Fidan Almaniya Kansleri Fridrix Merts ilə görüşüb
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır
Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
