MINURVI forumu WUF13-də Latın Amerikası və Karib hövzəsi ölkələrində mənzil bərabərsizliyi məsələsini qaldırıb
MINURVI forumunun WUF13 çərçivəsində təşkili müasir dövrün əsas problemlərindən biri - hər bir sakin üçün layiqli, dayanıqlı və inklüziv mənzil şəraitinin yaradılması ilə üzləşən yüzlərlə Latın Amerikası şəhəri tərəfindən konkret addımlara edilən birgə çağırışdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Niteroi (Braziliyada bələdiyyə) şəhərsalma üzrə bələdiyyə katibi Karlos Krıxtin (Carlos Krykhtine) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Latın Amerikası və Karib hövzəsi ölkələrinin mənzil inşası və şəhərsalma məsələləri üzrə nazirlərinin və yüksək vəzifəli şəxslərinin forumunda (MINURVI) bildirib.
K. Krıxtinin sözlərinə görə, Latın Amerikası planetin ən çox urbanizasiyalaşmış regionlarından biridir. "Regionumuzun əhalisinin 80 %-dən çoxu şəhərlərdə cəmləşib, eyni zamanda milyonlarla ailə təkcə dərin sosial bərabərsizliyin yox, həm də iqlim dəyişikliyinin artan təsirinin fəsadlarını yaşayaraq pis şəraitdə yaşamağa davam edir. Daşqınlar, sürüşmələr, anomal istilər, Dünya okeanı səviyyəsinin qalxması və ekoloji fəlakətlər - bütün bunlar artıq çoxdan uzaq gələcəyin təhdidləri olmaqdan çıxıb. Onlar regionumuzun və bütün Qlobal Cənubun bir çox icmalarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib", - katib bildirib.
K. Krıxtin qeyd edib ki, bütün Latın Amerikası ərazisində periferik icmalara, afro-mənşəli əhaliyə, kilombola icmalarına, yerli xalqlara və ənənəvi icmalara uyğunsuz şəkildə təsir edən, tarixən kök salmış irqi və ərazi bərabərsizliyinin tanınması yeni şəhər gündəliyi kontekstində irqi bərabərlik və ərazi ədaləti prinsiplərinin şəhər və mənzil siyasətinin bütün sahələri əhatə edən oriyentirləri kimi inteqrasiyası zərurətini şərtləndirir.
Oxşar xəbərlər
Uruqvaylı nazir: Mənzil siyasəti bütün sosial islahatların mərkəzində dayanmalıdır
Perunun Keniyadakı səfiri: "Yeni şəhər gündəliyi iyulda Nyu-Yorkda qəbul ediləcək"
Latın Amerikası dövlətləri WUF14 çərçivəsində mənzil və şəhərsalma siyasətində əməkdaşlığı artırmağı planlaşdırır
Bakıda WUF13-ün ikinci günü işinə başlayıb
Serjio Maqalyaynş: "Latın Amerikasında maliyyə çatışmazlığı iqlim hədəflərinə çatmağa mane olur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
