Paşinyan: Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik
Ermənistan Ukraynadakı müharibə kontekstində özünü Rusiyanın müttəfiqi hesab etmir.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib.
"Mən Ukrayna Prezidentinin (Volodimir Zelenskinin - red.) İrəvana səfəri ilə bağlı artıq fikir bildirmişəm. Dəfələrlə demişəm ki, Ukrayna məsələsində biz Rusiyanın müttəfiqi deyilik", - Paşinyan qeyd edib.
O, həmçinin Almatı bəyannaməsini xatırladaraq, onun İrəvan üçün prinsipial əhəmiyyət kəsb etdiyini qeyd edib.
"Almatı bəyannaməsinin bizim üçün nə qədər vacib olduğunu bilirsiniz. Biz Azərbaycanla sülh prosesini məhz onun əsasında qururuq. Bu, bizim prinsipial mövqeyimizdir", - Baş nazir vurğulayıb.
Qeyd edək ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər edib.
Oxşar xəbərlər
Zelenski Ukrayna-Ermənistan hökumətlərarası komissiyasının iclasını Kiyevdə keçirməyi təklif edib
Ukrayna və Yunanıstan prezidentləri ASİ-nin sammitində iştirak üçün İrəvana gediblər
Paşinyan: BRICS sammitində iştirak Ermənistan üçün vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
