SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Son saatlarda Hürmüz boğazından heç bir ticarət gəmisi və ya neft tankeri keçməyib.
"Report" xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında yayılan bəyanatında qeyd olunub.
"Amerika hakimiyyətinin bəyanatları əsassızdır və tamamilə yalandır", - SEPAH-dan bildirilib və əlavə olunub ki, korpusun hərbi dəniz qüvvələrinin elan edilmiş prinsiplərinə zidd olan digər dəniz fəaliyyətləri ciddi risklərlə qarşılaşacaq:
"Qaydanı pozan gəmilər güc tətbiq edilərək dayandırılacaq".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarına zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
Oxşar xəbərlər
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
Hörmüz boğazı yenidən bağlanıb
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
Şəhram İrani: Trampın Hörmüzü blokadaya almaqla bağlı təhdidi absurddur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
