İranın son təklifi mətbuata sızıb
sizinxeber.az xəbər saytı

İranın son təklifi mətbuata sızıb


İran vasitəçiləri məlumatlandırıb ki, Vaşinqton Tehranın münaqişənin həlli ilə bağlı son təklifini nəzərdən keçirməyə hazır olduğunu göstərərsə, gələn həftənin əvvəlində Pakistanda danışıqlarda iştirak etməyə hazır olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Tehran əvvəllər təqdim etdiyi təklifdə ABŞ-nin hücumlara son qoyacağına və İran limanlarının blokadasının ləğv ediləcəyinə zəmanət verəcəyi təqdirdə Hörmüz boğazının açılması şərtlərini müzakirə etməyin mümkünlüyünü göstərib.

Nəşrin iddiasına görə, İran həmçinin ABŞ sanksiyalarının yumşaldılması müqabilində nüvə proqramı ilə bağlı məsələləri müzakirə etməyi təklif edib.

Xatırladaq ki, mayın 1-də ABŞ lideri Konqresin rəhbərliyinə rəsmi olaraq Ağ Evin İranla müharibəni bitmiş hesab etdiyini bildirib. Lakin, görünür, bu addım əsasən ABŞ hərbi qüvvələrinin xaricdəki münaqişələrdə istifadəsini tənzimləyən milli qanunlara riayət etmək zərurətindən irəli gəlib.

Oxşar xəbərlər

KİV: ABŞ və İran nüvə proqramı üzrə çərçivə sazişi razılaşdırmağa çalışırlar
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
KİV: İran Romada ABŞ-yə yüksəksəviyyəli səfəri müzakirə etməyi planlaşdırırdı
"Axios": İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib
ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər