Hakan Fidan: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi bütün dünyaya mesajdır
sizinxeber.az xəbər saytı

Hakan Fidan: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi bütün dünyaya mesajdır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərifin Antalya Diplomatiya Forumunda nümayiş etdirdiyi səmimiyyət bütün dünyaya mesajıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.

"Bu, qardaşların bütün dünyaya mesajıdır", - H. Fidan bildirib və qeyd edib ki, hər üç dövlət başçısı dostluq münasibətlərini dəfələrlə isbatlayıb:

"Bu dostluğu dəfələrlə isbatlayıblar və həmçinin təmsil etdikləri dövlətlərin xalqlarının hisslərini nümayiş etdiriblər. Regional problemlərin həllində müstəsna rolları, sülh və təhlükəsizlik naminə atdıqları addımlar bütün dünyanın diqqət mərkəzindədir. Buna görə də hər üç liderin birliyi bütün dünyaya növbəti mesaj idi".

Oxşar xəbərlər

Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik
Fidan Antalyada Pakistanın Baş naziri ilə görüşüb
Hakan Fidan: Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
Hakan Fidan: Türkiyə regionda dialoqa vasitəçilik edə bilən ölkələrdən biridir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər