ÜST meymunçiçəyi ilə bağlı Moskvadakı vəziyyəti izləyir
sizinxeber.az xəbər saytı

ÜST meymunçiçəyi ilə bağlı Moskvadakı vəziyyəti izləyir


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın meymunçiçəyinə yoluxma hallarının aşkar edildiyi Moskva vilayətində epidemioloji vəziyyəti izləyir.

"Report" xəbər verir ki, bu barədə yerli "RİA Novosti" nəşrinə ÜST-nin rəsmi nümayəndəsi Tarik Jazareviç bildirib.

Onun sözlərinə görə, Domodedovo xəstəxanasında iki yoluxmuş pasiyent müalicə alır.

"ÜST monitorinq sistemi və Rusiya Federasiyasının səhiyyə orqanları ilə qarşılıqlı fəaliyyət vasitəsilə vəziyyətin inkişafına nəzarəti həyata keçirir", - T. Jazareviç deyib.

O dəqiqləşdirib ki, hazırda dünyada xüsusi olaraq meymunçiçəyinin törədicisi ilə mübarizə üçün hazırlanmış tibbi preparatlar mövcud deyil. Xəstələnənlərin müalicəsi digər yanaşmalara əsaslanır və onların arasında simptomların aradan qaldırılması və mümkün tibbi fəsadların qarşısının alınması əsas əhəmiyyət kəsb edir.

Daha əvvəl epidemioloq, Gennadi Onişşenko TASS-a bildirib ki, Moskva ətrafında meymunçiçəyinə yoluxmanın daha bir, ilin əvvəlindən bəri artıq üçüncü halı qeydə alınıb.

"Bu, pisdir, bizdə artıq yerli yayılma gedir", - alim deyib.

Oxşar xəbərlər

Meymunçiçəyi virusu ilə bağlı daha bir qurum HƏRƏKƏTƏ KEÇDİ
İordaniyada 2024-cü ildə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini keçib, 37 nəfər ölüb
ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər