Türkiyə Prezident Administrasiyası məktəbə hücumla bağlı məlumat yayıb
Son günlər Türkiyədə baş verən məktəb hücumları ilə bağlı proseslər ictimaiyyət tərəfindən həssaslıqla izlənilir.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
"Prosesin sağlam düşüncə ilə idarə olunması, cəmiyyətin dincliyinin qorunması və xüsusilə uşaqlarımızın psixoloji təhlükəsizliyinin diqqətdə saxlanılması böyük əhəmiyyət kəsb edir", - məlumatda bildirilib və əlavə edilib ki, media qurumları yayım siyasətlərində maksimum məsuliyyətli olmalıdəırlar.
Belə ki, zorakılıq aktlarının təfərrüatlı şəkildə təsvir edilməsi, qətlə yetirilənlərin və cinayəti törədənlərin kimliklərinin ön plana çıxarılması, hadisələrin dramatikləşdirilərək daim gündəmdə saxlanılması oxşar hərəkətlərə təşviqedici təsir yarada bilər:
"Cəmiyyətdə qorxu və vahimə mühiti də dərinləşər. Bu səbəbdən yayımlarda həssaslıq və etik prinsiplər əsas götürülməlidir".
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub.
Son Günlerde Yaşanan Okul Saldırıları Hakkında Açıklama
— T.C. İletişim Başkanlığı (@iletisim) April 15, 2026
Son günlerde meydana gelen okul saldırılarına ilişkin gelişmeler, kamuoyunda hassasiyetle takip edilmektedir. Sürecin sağduyuyla yönetilmesi, toplum huzurunun korunması ve özellikle çocuklarımızın psikolojik güvenliğinin… pic.twitter.com/2ZMOjHDYkC
Oxşar xəbərlər
DYP: Hava şəraitinə görə piyada təhlükəsizliyi xüsusi diqqətdə saxlanılır - YENİLƏNİB
DYP: Qeyri-sabit hava şəraiti ilə bağlı piyada təhlükəsizliyi tərəfimizdən xüsusi olaraq diqqətdə saxlanılır
Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq
Gəncədə X sinif şagirdi məktəbliyə xəsarət yetirib
İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
