Gürcüstanda qumar qaydalarının pozulması ilə bağlı cərimələr kəskin artırılır
Gürcüstanda qumar və gəlirli oyunların təşkili sahəsində hüquqi məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Lotereyaların, qumar oyunlarının və gəlirli oyunların təşkili haqqında" Qanuna dəyişiklik layihəsində qeyd olunur.
Hökumətin təşəbbüsü ilə parlamentə təqdim edilən layihəyə əsasən, qayda və lisenziya şərtlərinin pozulmasına görə tətbiq edilən cərimələrin məbləği əhəmiyyətli dərəcədə artırılır.
Yeni dəyişikliklərə görə, kazino lisenziyası sahibləri üçün cərimələr 7 000 (2,6 min $) laridən 20 000 lariyə (7,4 min $) qaldırılır.
Oyun avtomatları salonlarının fəaliyyətinə icazəsi olanlar üçün cərimə 1 000 laridən (371.6 $) 10 000 lariyə (3,7 min $), qumar klubları üçün isə 2 000 laridən (743 $) 10 000 lariyə (3,7 min $) yüksəldilir.
Eyni qayda ilə qumar və gəlirli oyunların təşkili üzrə digər icazə sahibləri üçün də cərimələr 2 000 laridən 10 000 lariyə qədər artırılır. Elektron sistemlə təşkil edilən kazino və totalizator fəaliyyəti üçün isə cərimə 7 000 laridən 20 000 lariyə çatdırılır.
Hökumət bildirir ki, mövcud cərimələr çəkindirici effekt yaratmır və bəzi hallarda icazə şərtlərinin pozulması daha sərfəli alternativ kimi qəbul edilir. Bu səbəbdən yeni dəyişikliklərin məqsədi qaydalara əməl olunmasını gücləndirmək və pozuntuların qarşısını almaqdır.
Qanun layihəsi Maliyyə Nazirliyi tərəfindən hazırlanıb və Parlamentdə müzakirəyə çıxarılıb.
Oxşar xəbərlər
Gürcüstanda etiraz aksiyalarında pozuntulara görə cərimələrin dəfələrlə artırılması planlaşdırılır
Gürcüstanda əcnəbilərlə bağlı cərimələr artırılır və yeni cəza növü tətbiq olunur
Gürcüstanda dövlət rəsmilərini təhqir edənlər 45 günədək həbs oluna bilərlər
Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
