DMM: Türkiyə İsrailə qarşı işğal təhdidi yaratmır
sizinxeber.az xəbər saytı

DMM: Türkiyə İsrailə qarşı işğal təhdidi yaratmır


Bəzi media orqanları və sosial şəbəkə paylaşımlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən yer alan "Türkiyənin İsrailə qarşı işğal təhdidi" yönündə iddialar tamamilə əsassızdır.

"Sizinxeber.az" xəbər verir ki, bu, Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin "X" sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

"Sözügedən paylaşımlardakı iddialar reallıqla üst-üstə düşməyən və regional sabitliyə zərər vermək məqsədi güdən fikirlərdir", - məlumatda bildirilib və əlavə edkilib ki, Türkiyə bütün qaynar nöqtələrdə silahlı qarşıdurmaların dayandırılması, mülki şəxslərin qorunması və qalıcı sülhün bərqərar olmasının tərəfdarıdır:

"Regional böhranların və anlaşmazlıqların həllində də hər zaman beynəlxalq hüququ və diplomatiya kanallarını üstün tutan ölkəmiz gərginliyi artıran deyil, azaldan mövqe nümayiş etdirir.

Türkiyənin mübarizəsini və insani mövqeyini təhrif edərək təqdim etməyə çalışan manipulyativ məzmunlara etibar edilməməlidir".

Oxşar xəbərlər

DMM: Sosial mediada Ərdoğanın adından yayılan ifadələr yalandır
ABŞ-nin İrana hücumda Türkiyənin hava məkanından istifadəsinə dair iddialar dezinformasiyadır – RƏSMİ
Ərdoğan Makronla regional və qlobal məsələləri müzakirə edib
Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər