ABŞ-nin İrana hücumda Türkiyənin hava məkanından istifadəsinə dair iddialar dezinformasiyadır – RƏSMİ
sizinxeber.az xəbər saytı

ABŞ-nin İrana hücumda Türkiyənin hava məkanından istifadəsinə dair iddialar dezinformasiyadır – RƏSMİ


İranın nüvə obyektlərinə hücum həyata keçirən ABŞ-a aid qırıcıların Türkiyənin hava məkanından istifadə etməsinə dair müxtəlif dairələrdə səsləndirilən iddialar dezinformasiyanın məhsuludur.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, İsrailin İrana hücumlarında Türkiyənin hava məkanından istifadə olunmadığı kimi, ABŞ-nin İranda yerləşən nüvə obyektlərinə hücumlarda da bu, qeydə alınmayıb.

"ABŞ-dən havaya qalxaraq və Cəbəllütariq boğazı istiqamətindən daxil olaraq Aralıq dənizinin cənub hissəsindən İsrailə çatan təyyarələr İraqın üzərindən İrana zərbələr endirib. Həmin bombardmançı təyyarələr hücumdan sonra eyni istiqamətdə də (Krit adasının Cənubundan) yanacaq doldurulması prosesindən sonra ABŞ ərazisinə geri qayıdıb", - məlumatda bildirilib.

Həmçinin Türkiyənin Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsinin tərəfdarı olmaqda davam etdiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə bu məqsədlə diplomatiyanın təmin olunması üçün göstərilən təşəbbüslərə üstünlük verdiyi, bunun əksinə istiqamətlənən hər cür iddia dezinformasiya olduğu açıqlanıb.

Oxşar xəbərlər

Türkiyə PA: ABŞ-nin İrana hücumda ölkəmizin hava məkanından istifadəsinə dair iddialar dezinformasiyadır
Türkiyə hökuməti: ABŞ-ın İrana hücum zamanı ölkəmizin hava məkanından istifadə etməsi iddiaları dezinformasiyadır
Livan və İordaniya hava məkanını açıb
İsrail Hərbi Hava Qüvvələri indiyədək İrana beş zərbə dalğası endirib
İsrailin Baş naziri İrana yeni zərbələr endiriləcəyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle