Qalibaf: ABŞ danışıqlarda İranın etibarını qazana bilmədi
İranın İslamabaddakı danışıqlarda irəli sürdüyü sülh təşəbbüslərinə baxmayaraq, Amerika tərəfi Tehranın etimadını qazana bilmədi.
"Sizinxeber.az" xəbər verir ki, bunu İslam Respublikası parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.
"Danışıqlar başlamazdan əvvəl lazımi iradə və istəklərimizin olduğunu vurğuladım, amma əvvəlki iki müharibənin təcrübəsi səbəbindən qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım perspektivli təşəbbüslər təklif etdilər, amma nəticədə Amerika tərəfi danışıqların bu mərhələsində etibarımızı qazana bilmədi", - o qeyd edib.
Qalibaf dost və qardaş Pakistanın danışıqları asanlaşdırmaq səylərini də yüksək qiymətləndirib.
"İran 90 milyon insanın yaşadığı ölkədir. Ali liderin məsləhəti ilə bizi dəstəkləyən İranın bütün qəhrəman millətinə minnətdaram. Bu gərgin 21 saatlıq danışıqlarda həmkarlarıma uğurlar arzulayıram", - o qeyd edib.
Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ilk günü başa çatıb. Müşavirələrdə ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin başçılıq etdiyi nümayəndə heyəti, həmçinin Prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Jared Kuşner də iştirak edir, İran tərəfdən danışıqlarda parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçı iştirak edir. Görüşdə Pakistan Quru Qoşunlarının Qərargah rəisi Asim Münir də iştirak edib.
Oxşar xəbərlər
Vens və Qalibaf İslamabaddakı İran-ABŞ danışıqlarına başçılıq edəcək
KİV: İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gəlib
Qalibaf: İranın ABŞ ilə razılaşma planının üç bəndi artıq pozulub
Qalibaf: ABŞ danışıqlardan əvvəl razılaşmanın iki bəndini yerinə yetirməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
