Komitə sədri: ABŞ və Aİ-nin maliyyə yardımını dayandırması Gürcüstana təsir etməyəcək
ABŞ və Avropa İttifaqının (Aİ) maliyyə yardımı Gürcüstan vətəndaşlarına birbaşa təsir göstərmir, ona görə də bu yardımın dayandırılmasından ölkəyə ziyan dəyməyəcək.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan parlamentinin Prosedur məsələlər və qaydalar komitəsinin rəhbəri İrakli Kadaqişvili deyib.
“Təəssüf ki, sözügedən yardım əsasən amerikalıların və avropalıların burada qalmasına xidmət edib, bunun bizim vətəndaşlarımıza, hökumətin fəaliyyətinə, pensiya, maaş, səhiyyə, müdafiə və ya digər sahələrə birbaşa təsiri yoxdur”, - Kadaqişvili bildirib.
Onun sözlərinə görə, maliyyə yardımı o qədər az olub ki, bu, yalnız onların proqramlarının və təşkilatlarının işçilərinin maliyyələşdirilməsinə yönəldilib.
Kadaqişvili əminliyini bildirib ki, Gürcüstanda bu il oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən və Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra tərəfdaşlarla münasibətlər normallaşacaq.
Oxşar xəbərlər
Danimarka Gürcüstana hərbi yardımı dayandırıb
ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq
Stano: Aİ Gürcüstana maliyyə yardımının dayandırılmasını müzakirə edir
Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













