ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq
sizinxeber.az xəbər saytı

ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq


ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

"Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər”, - deyə o bildirib.

Patel, həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb.

Qeyd edək ki, Avropa Birliyi də əvvəllər bəyan etmişdi ki, onlar hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi artıracaqlar.

Oxşar xəbərlər

AŞPA-nın Gürcüstan üzrə spikerləri "Xarici təsirin şəffaflığı haqqında" qanunu geri götürməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Danimarka Gürcüstana hərbi yardımı dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stoltenberq Gürcüstanda "Xarici agentlər haqqında" qanunun yenidən təqdim edilməsinə qarşı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda xarici agentlər haqqında qanuna dəyişikliklər edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər