Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq
Koreya Respublikası 2024-cü ildə Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Ço Txe Yol NATO ölkələrinin və onların tərəfdaşlarının xarici işlər nazirlərinin görüşündə deyib.
“Ölkəmiz Ukraynaya sülhün bərpası naminə yardım göstərməyə davam edəcək və bu ildən başlayaraq 2,3 milyard dollarlıq orta və uzunmüddətli paket ayrılacaq”, - o vurğulayıb.
Bundan əlavə, Cənubi Koreya yaralanan Ukrayna hərbçiləri üçün reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi üçün NATO fondu vasitəsilə 12 milyon dollar məbləğində maliyyə yardımı ayıracaq.
Cənubi Koreya Kiyevi silah və döyüş sursatla tədarük etmir və ona yalnız humanitar və maliyyə yardımı göstərib.
Oxşar xəbərlər
Aİ liderləri Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyiblər
Forbes: ABŞ Kiyevə yardımı kəsməklə Ukraynaya xəyanət etdi
Şimali Koreya parik ixracından milyonlarla dollar qazanır
Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb
Avstriya Ukraynaya 2 milyon avro ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













