Danimarka Gürcüstana hərbi yardımı dayandırıb
sizinxeber.az xəbər saytı

Danimarka Gürcüstana hərbi yardımı dayandırıb


Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb.

"Report"un "Mtavari" telekanalına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib.

Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib.

Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırır.

Deputatın sözlərinə görə, bu vəziyyət Gürcüstanın nüfuzuna xələl gətirir, suverenliyinə və ərazi bütövlüyünə ciddi çağırışdır.

Oxşar xəbərlər

Danimarka millisinin üzvü Bundesliqada çıxış edəcək
ABŞ Danimarka ərazisində qoşun yerləşdirəcək
Almaniya - Danimarka matçının ən yaxşı futbolçusu açıqlanıb
ABŞ və Danimarka müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq
Danimarka parlamenti Fələstinin dövlət kimi tanınmasının əleyhinə səs verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər