İlham Əliyev: "Sülhə nail olmaq üçün güclü siyasi iradə lazımdır" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
yan
2026
17:35
0
0
19 414
ff aaaaaaa

İlham Əliyev: "Sülhə nail olmaq üçün güclü siyasi iradə lazımdır"

21 yan, 2026
17:35
19 414

İlham Əliyev: "Sülhə nail olmaq üçün güclü siyasi iradə lazımdır"

"Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür".

Sizinxeber.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən deyib.

"Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz", - dövlət başçısı vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul