İsrailin İstanbuldakı Baş Konsulluğu qarşısındakı silahlı insidentlə bağlı saxlanılanların sayı 16-ya çatıb
İsrailin Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu qarşısında baş verən silahlı insidentlə bağlı daha bir neçə nəfər saxlanılıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bununla da saxlanılan şübhəlilərin sayı 16-ya çatıb.
Hadisədən sonra başlayan istintaq çərçivəsində aparılan əməliyyatlarda insident günü və sonrakı günlərdə 10 şübhəli saxlanılıb. Bir şübhəli İzmitdə, daha biri Konyada, digəri isə Kocaelidə saxlanılıb. Dünən üçü Kocaelidə olan daha dörd şübhəlinin yaxalanması ilə saxlanılan şübhəlilərin sayı 16-ya çatıb.
Xatırladaq ki, aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, nəticədə bir şübhəli öldürülüb, daha ikisi yaralı halda saxlanılıb. İnsident zamanı həmçinin 2 polis əməkdaşı da xəsarət alıb.
Oxşar xəbərlər
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısındakı silahlı insidentlə bağlı daha bir nəfər həbs edilib
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısındakı atışmada bir şübhəli öldürülüb - YENİLƏNİB-2
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib
Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB-2
Ərdoğan: İstanbuldakı silahlı insidenti qətiyyətlə pisləyirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
