İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısındakı atışmada bir şübhəli öldürülüb - YENİLƏNİB-2
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insident zamanı bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
İstanbul valisi Davud Gül aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğuna hücumu belə şərh edib:
"Polis əməkdaşlarının sayıqlığı və vaxtında müdaxiləsi sayəsində çox böyük təhlükənin qarşısı alınıb. Hazırda hücumda iştirak edənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür".
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı istintaq başlanılıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında yazıb.
Onun sözlərinə görə, istintaq çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru hadisə yerinə ezam olunub:
"Onlar hadisə yerinə gedərək araşdırmalara başlayıb. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması məqsədilə hüquq-mühafizə qurumları birgə işləri davam etdirir, istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır".
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı üç nəfər zərərsizləşdirilib.
Bundan başqa, iki polis əməkdaşının da hadisə zamanı yaralandığı qeyd olunub.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib
İsrailin İstanbuldakı Baş Konsulluğunun önündə havaya atəş açan şəxs saxlanılıb
"Haber Global" telekanalının əməkdaşı silahlı hücumda öldürülüb
İstanbuldakı Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb
ABŞ-də konsulluğun yanında silahlı insident olub, ölən və yaralanan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
