Ərdoğan Roma Papası ilə danışıb, Paris olimpiadasının açılışında nümayiş etdirilən əxlaqsız görüntüləri pisləyib
sizinxeber.az xəbər saytı

Ərdoğan Roma Papası ilə danışıb, Paris olimpiadasının açılışında nümayiş etdirilən əxlaqsız görüntüləri pisləyib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə Olimpiya Oyunlarının açılış mərasimində nümayiş etdirilən əxlaqsız səhnələri tənqid edib.

“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə Roma Papası Fransisk ilə telefon danışığında deyib.

R.T.Ərdoğan bu addımların hiddət və kəskin reaksiyalara səbəb olduğunu diqqətə çatdırıb.

Türkiyə lideri ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalandığını, dini və əxlaqi dəyərlərin ələ salındığını, bunun xristian dünyası qədər müsəlmanları da incitdiyini bildirib: “Birlikdə səsimizi ucaltmalı və bunlara qarşı ortaq mövqe nümayiş etdirməliyik. İnsanları birləşdirmək üçün keçirilən Olimpiya Oyunlarında dini dəyərlərə meydan oxumaq, təbliğat aparmaq doğru deyil”.

Tərəflər, həmçinin Yaxın Şərqdə davam edən müharibəni və HƏMAS lideri İsmayıl Haniyənin ölümünü də müzakirə ediblər.

Oxşar xəbərlər

Ərdoğan Olimpiadanın açılışındakı “LGBT təbliğatı”nı Roma Papası ilə müzakirə edəcək
Roma Papası Azərbaycan və Ermənistanı sülhə çağırıb
Ərdoğan Baydenlə Qəzzanı müzakirə edəcək
Ərdoğan: “Azərbaycanlıların Qarabağdakı ermənilərə münasibəti hər cür tərifdən üstündür”
Roma Papası Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər