İran Cənub Pars obyektlərinə hücumlar barədə bildirib
sizinxeber.az xəbər saytı

İran Cənub Pars obyektlərinə hücumlar barədə bildirib


İranın dövlət mediası Fars körfəzində yerləşən və hazırda dünyanın ən böyük qaz yatağı olan Cənub Pars qaz yatağının obyektlərinə hücum edildiyi barədə bildirib.

"Report" xəbər verir ki, zərbə cənubdakı Buşehr əyalətinin Asaluye rayonundakı obyektlərə endirilib.

Hücumun təfərrüatları hələ ki açıqlanmır.

Qeyd edək ki, İran Cənub Pars yatağını Qətərlə birgə işləyir və əvvəllər də Yaxın Şərqdəki eskalasiya fonunda bura zərbələr zonasına düşmüşdü.

Bununla belə, hücumun arxasında konkret olaraq kimin - İsrailin, yoxsa ABŞ-nin dayandığı dəqiqləşdirilmir.

Bundan əvvəl ABŞ İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xark adasına zərbələr endirmişdi.

Oxşar xəbərlər

İsrail İranın ən böyük təbii qaz yatağı olan Cənubi Parsa zərbə endirib
İsrail Cənubi Pars qaz yatağını vurduqdan sonra hasilat dayandırılıb - YENİLƏNİB
İranın cənubundakı neft emalı zavodunda yanğın baş verib
KİV: İsrail Cənubi Pars qaz yatağına xidmət göstərən obyekti vurub
ABŞ Xark adasını işğal edərsə... - İran

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər