Media: Sepah İranın məşhur futbolçusunu təhdid edir
sizinxeber.az xəbər saytı

Media: Sepah İranın məşhur futbolçusunu təhdid edir


İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) nümayəndələri İranın yığma komandasının futbolçusu Sərdar Azmunu tənqid atəşinə tutaraq hədələyir.

"Report" xəbər verir ki, bu barədə "Middle East 24"-ün yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu məşhur futbolçunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderləri Məhəmməd bin Raşid Əl Məktum və Məhəmməd bin Zayed Əl Nahayyan ilə fotoları dərc olunub. Sepah onu bank hesablarındakı maliyyə vəsaitinin müsadirə olunması və məhkəmə ilə hədələyib.

Məlumata görə, qvardiyaçılar Sərdar Azmunu İranın düşmənləri ilə əməkdaşlıqda, ABŞ və İsrailin hücumları ilə bağlı bəyanat verməməkdə ittiham ediblər.

İran mediası isə onun yığma komandadan kənarlaşdırıldığını xəbər verir. O, BƏƏ-nin "Şəbab əl-Əhli" futbol klubunda çıxış edir.

Sərdar Azmun əvvəllər Rusiyanın "Rubin" (Kazan), "Rostov", "Zenit" (Sankt-Peterburq), Almaniyanın "Bayer" (Leverkuzen) və İtaliyanın "Roma" klublarında çıxış edib.

Oxşar xəbərlər

SEPAH: İran Ben Qurion hava limanını, komanda mərkəzlərini hədəfə alıb
SEPAH ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib
SEPAH: İsrailin yüksəkvəzifəli zabiti öldürülüb
İranın Bəlucistan əyalətində Sepah 23 silahlını öldürüb, 46-sını həbs edib
SEPAH-ın qərargahı və ballistik raket komandanlığı İsrailin zərbələrinə məruz qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər