Qazaxıstan vətəndaşlarının 87 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib
Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumun ilkin nəticələri açıqlanıb.
"Report"un Qazaxıstan bürosu ölkənin Mərkəzi Referendum Komissiyasına istinadən xəbər verir ki, səsvermədə ölkədə və xaricdə yaşayan 9 127 192 vətəndaş iştirak edib ki, bu da ümumi seçici sayının 73,12 %-ni təşkil edir.
Komissiyanın məlumatına görə, 7 954 667 nəfər və ya səsverənlərin 87,15 %-i yeni Konstitusiya layihəsinin qəbul edilməsini dəstəkləyib.
Beləliklə, referendum baş tutmuş hesab olunur, çünki səsvermədə referendumda iştirak etmək hüququna malik vətəndaşların yarıdan çoxu iştirak edib. 898 099 vətəndaş layihənin "əleyhinə" səs verib. 146 558 bülleten etibarsız sayılıb. Ölkə qanunvericiliyinə uyğun olaraq, Mərkəzi Referendum Komissiyası səsvermənin yekun nəticələrini səsvermənin keçirildiyi gündən etibarən 7 gündən gec olmayaraq elan etməlidir.
Oxşar xəbərlər
Qazaxıstanda AES-in inşası bağlı ilə bağlı referendumun yekun nəticələri açıqlanıb
Qazaxıstanda referendumda iştirak 37,54 faiz təşkil edib - YENİLƏNİB
Qazaxıstanda referendumda iştirak 64,43 faiz təşkil edib – YENİLƏNİB-2
Qazaxıstanda referendumda seçici fəallığı 70 faizi üstələyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
