Türkiyədə CHP-dən istefa verən Böyükşəhər Bələdiyyə sədri AK Partiyə keçib - YENİLƏNİB
Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu Ədalət və İnkişaf Partiyasına (AK Parti) keçib.
“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə o, partiyanın yaradılmasının 24-cü ili ilə bağlı keçirilən tədbirdə deyib.
Onunla birlikdə 9 nəfər partiyanın üzvü olub.
Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
O, istefasının səbəbini belə açıqlayıb: “Yaşanan anti-demokratik tətbiqlərlə yanaşı dürüstlük, qanunlar çərçivəsində xidmət, ictimai əxlaqdan güzəşt etməmə prinsipləri səbəbindən Cümhuriyyət Xalq Partiyası ilə eyni yolda yürümə imkanım artıq yoxdur”.
Məlumata görə, Özləm Çerçioğlu üç bələdiyyə sədrinin də CHP-dən ayrıldığını bildirib: “Mən və üç bələdiyyə sədrimiz CHP daxilində yaşadığımız problemləri partiyanın səlahiyyətli orqanlarında həll etmək cəhdlərimizə baxmayaraq, təəssüf ki, bir nəticə əldə edə bilmədik”.
Oxşar xəbərlər
Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
İzmirin keçmiş bələdiyyə sədri həbs edilib
Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar
Türkiyədə bələdiyyə sədrinə silahlı hücum olub, özü və sürücüsü ölüb
İmamoğluya qarşı əməliyyatın səbəbi: milyonlar sayılır - Video
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb
-
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
-
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
