İran HƏMAS liderinin Tehranda öldürülməsinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

İran HƏMAS liderinin Tehranda öldürülməsinə münasibət bildirib


İran Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə İran XİN-dən bildirilib.

Qeyd olunub ki, Tehran bu hadisənin təfərrüatlarını və aspektlərini araşdırmaqda davam edir.

Vurğulanıb ki, İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezaşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Oxşar xəbərlər

İranda HƏMAS liderinin öldürülməsindən sonra fövqəladə iclas keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məsud Pezeşkian: Regionda sülhün qorunması Tehran üçün əhəmiyyət kəsb edir - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS lideri İsmayıl Həniyyə Tehranda öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər