Məsud Pezeşkian: Regionda sülhün qorunması Tehran üçün əhəmiyyət kəsb edir - YENİLƏNİB - 2
Xalqlarımızın çoxəsrlik dostluğu, sıx tarixi və mədəni əlaqələri ikitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün əsasdır.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İranın yeni seçilən prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.
O əlavə edib ki, İran Ermənistanla dialoqu birgə davam etdirməyə və ikitərəfli qarşılıqlı fəaliyyətin gündəliyini zənginləşdirməyə hazırdır. İranın yeni seçilən prezidenti regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səylərin vacibliyini qeyd edib. O, regionda sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib ki, İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır.
N. Paşinyan qeyd edib ki, İranla əlaqələrin çoxşaxəli inkişafı Ermənistan üçün vacibdir, bu, qarşılıqlı hörmət və anlaşmaya əsaslanır: “Mənim bu gün burada olmağım bizim Ermənistanla İran arasında münasibətlərin dərinləşməsinə və əməkdaşlığın ən yüksək səviyyədə möhkəmləndirilməsinə sadiqliyimizdən xəbər verir”.
Xatırladaq ki, iyulun 30-da İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək. Nikol Paşinyan bu tədbirdə iştirak etmək üçün Tehrana səfər edib.
Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla görüşüb.
“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də Nikol Paşinyanı qəbul edib.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrana işgüzar səfərə yola düşüb.
“Report” xəbər verir ki, məlumatı “Armenpress” yayıb.
Bildirilib ki, o, İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla görüşəcək.
Daha sonra N.Paşinyan prezidentin andiçmə mərasimində iştirak edəcək.
Oxşar xəbərlər
Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşüb -YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nikol Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Ermənistana "müdafiə məqsədilə" hərbi texnikalar verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran nüvə sazişini bərpa etməyə hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












