İranda HƏMAS liderinin öldürülməsindən sonra fövqəladə iclas keçirilir
sizinxeber.az xəbər saytı

İranda HƏMAS liderinin öldürülməsindən sonra fövqəladə iclas keçirilir


İranın Ali Milli Təhlükəsizlik Şurası (TŞ) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin iqamətgahında keçirilən görüşdə iştirak edirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Bildirilib ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Oxşar xəbərlər

HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS lideri İsmayıl Həniyyə Tehranda öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vilayəti HƏMAS lideri ilə danışdı: Savaş qızışır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS liderləri üçün yeni plan hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər