İran XİN: ABŞ nüvə obyektlərimizə vurduğu ziyanı ödəməlidir
sizinxeber.az xəbər saytı

İran XİN: ABŞ nüvə obyektlərimizə vurduğu ziyanı ödəməlidir


ABŞ danışıqların bərpasından əvvəl İranın nüvə obyektlərinə zərbələrin endirilməsi nəticəsində dəymiş ziyanı ödəməlidir.

“Report” ISNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “The Financial Times”a müsahibəsində bildirib.

"İran Birləşmiş Ştatlarla danışıqlara yalnız ABŞ-nin müharibə nəticəsində dəymiş ziyanı ödəyəcəyi, belə hücumların təkrarlanmayacağına zəmanət verəcəyi və uran zənginləşdirmə hüququnu tanıyacağı təqdirdə başlayacaq. Yeganə çıxış yolu danışıqlardır və İran sülhə sadiqdir, lakin təzyiq və təhdidlər qarşısında geri çəkilməyəcək", - o qeyd edib.

XİN başçısının sözlərinə görə, 12 günlük münaqişə zamanı və ondan sonra o, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofla danışıb. Danışıqlar zamanı İranın nüvə proqramı ilə bağlı uzun illər davam edən qarşıdurmaya son qoymaq üçün qarşılıqlı faydalı həll yolunun tapılması məsələsi müzakirə edilib.

"Danışıqlara başlayacağımız halda qarşı tərəfin həqiqətən də qarşılıqlı faydalı razılaşmaya nail olmaq niyyətində olduğuna öz rəhbərliyimi inandırmalıyam", - o əlavə edib.

Oxşar xəbərlər

İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
Əraqçi: İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1
İran nüvə dosyesi ilə bağlı ABŞ, Avropa və Rusiya ilə əlaqə saxlayır
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle