Əfsanəvi gürcü güləşçi və keçmiş deputat saxlanılıb
Gürcüstan parlamentinin sabiq deputatı, tanınmış veteran güləşçi Luka Kurtanidze saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi olaraq təsdiqləyib.
Nazirliyin yaydığı məlumata görə, Luka Kurtanidze ailə zorakılığı və ona qarşı tətbiq edilmiş müdafiə orderinin tələblərini pozmaqda ittiham olunur. O, Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima (ailə zorakılığı) və 381-ci prima (məhkəmə qərarlarının icrasından boyun qaçırma) maddələri ilə ittiham edilərək saxlanılıb.
Bu gün sosial şəbəkələrdə yayılan videoda Luka Kurtanidzenin keçmiş həyat yoldaşı Xatuna Makatadzeyə qarşı fiziki zorakılıq hərəkətləri etdiyi əks olunub. Məhz bu görüntülər onun saxlanılmasına səbəb olub.
Oxşar xəbərlər
Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb
Gürcüstanda narkotikə görə 23 nəfər saxlanılıb, aralarında Azərbaycan vətəndaşı da var
Gürcüstan prokurorluğu müxalifətçi Elisaşviliyə qarşı ittiham irəli sürüb
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Gənc Qazilər Birliyinin sədri xuliqanlıqda ittiham olunaraq saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













