Sizinxeber.az » DÜNYA » Region » İranın cənubunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB-2

İranın cənubunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB-2

İranın cənubunda Fars əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 21 nəfər həlak olub, təxminən 25 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara cəmiyyətinin rəhbəri Hüseyn Dərvişi bildirib.

"Qəza yerinə Qırmızı Ayparanın üç xilasetmə komandası göndərilib. Təəssüf ki, hazırda 21 nəfər həlak olduğu və 25 nəfərin xəsarət aldığı məlumdur", - ISNA agentliyi onun sözlərini təqdim edir.

Onun məlumatına görə, Firuzabad və Kəvar şəhərləri arasındakı avtomobil yolunda qəzaya uğrayan avtobus Məşhədə gedirmiş.

15.14

İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.

"Son statistik məlumatlara əsasən, Firuzabad – Kəvar avtomobil yolunda avtobusun aşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb", - onun sözləri IRNA agentliyinin teleqram kanalında qeyd edilib.

M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.

14.48

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə regionun təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.

"Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər ağır xəsarət alıb", - onun sözləri IRNA-nın teleqram kanalında qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !