Gürcüstanda qətl hadisəsinə görə Türkiyənin iki vətəndaşı saxlanılıb
sizinxeber.az xəbər saytı

Gürcüstanda qətl hadisəsinə görə Türkiyənin iki vətəndaşı saxlanılıb


Gürcüstanın Daxili İşlər Nazirliyi Batumi şəhərində baş verən qətllə bağlı iki Türkiyə vətəndaşının saxlanıldığını açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Acarıstan Polis Şöbəsinin əməkdaşları 2003-cü il təvəllüdlü A.E. və 1998-ci il təvəllüdlü M.J-ni saxlayıb. Onlar odlu silahdan istifadə etməklə adam öldürməkdə və odlu silahı qanunsuz əldə edib saxlamaqda şübhəli bilinir.

Məlumata əsasən, A.E. odlu silahla qətlə yetirdiyi şəxsi hadisə yerində tərk edərək qaçıb. Hadisənin şahidi olan M.J. isə cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. İstintaq çərçivəsində hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində həbs tədbiri görülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə – 108 (qəsdən adam öldürmə), 236 (qanunsuz odlu silah əldə etmə və saxlama), 376 (ağır cinayət haqqında məlumat verməmə) və 344-cü (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə istintaq aparılır.

Oxşar xəbərlər

Göyçayda tanışını odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutulub
Gürcüstanda üç il əvvəl azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Qohumunu odlu silahla öldürən şəxs tutulub
Qusar sakini odlu silahla qətlə yetirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle