Gürcüstanda üç il əvvəl azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, rəsmi məlumatda deyilir ki, 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır.
Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tbilisidə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib.
Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxşar xəbərlər
Gürcüstanda azərbaycanlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Göyçayda tanışını odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutulub
Gürcüstanda Saqareco meriyasının əməkdaşı qətldə şübhəli bilinərək saxlanılıb
Əhməd qətliamı: taksilər yoxlanır, onlayn ödəniş dayandı
Gürcüstanda aksiya zamanı polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













