Pezeşkian keyfiyyətsiz yanacağa görə Təbrizə taksi ilə gedib
İran prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə gedərkən yolda qalıb.
"Report" İranın ILNA agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının rəsmisi Mustafa Mövləvi bildirib.
Onun sözlərinə görə, Tehrandan Təbriz istiqamətində hərəkət edən və içində ölkə başçısının da olduğu avtomobil karvanı yolda yanacaqdoldurma məntəqəsinə (YDM) daxil olub. YDM-də rəsmi avtomobillərə verilən yanacaq sulu olub və səbəbdən avtomobillərdə nasazlıq əmələ gəlib.
Bundan sonra Pezeşkian və onu müşayiət edən rəsmilər yoluna taksi ilə davam edib.
Araşdırmalaran sonra məlum olub ki, sözügedən YDM yanacağa su qatırmış və müvafiq qurumlara sürücülərdən bu tipi şikayət daxil olurmuş.
Oxşar xəbərlər
Pezeşkiyan keyfiyyətiz yanacağa görə Təbrizə taksi ilə gedib
İranın birinci vitse-prezidenti: Trampla Pezeşkian qeyri-rəsmi görüşə bilər
İran Prezident Məsud Pezeşkianın Rusiyaya səfər proqramı açıqlanıb
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
İran Prezidenti ilk xarici səfərini İraqa edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













