Pezeşkiyan keyfiyyətiz yanacağa görə Təbrizə taksi ilə gedib
sizinxeber.az xəbər saytı

Pezeşkiyan keyfiyyətiz yanacağa görə Təbrizə taksi ilə gedib


İran prezidenti Məsud Pezeşkiyanın rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə gedərkən yolda qalıb.

"Report" İranın ILNA agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının rəsmisi Mustafa Mövləvi bildirib.

Onun sözlərinə görə, Tehrandan Təbriz istiqamətində hərəkət edən və içində ölkə başçısının da olduğu avtomobil karvanı yolda yanacaqdoldurma məntəqəsinə (YDM) daxil olub. YDM-də rəsmi avtomobillərə verilən yanacaq sulu olub və səbəbdən avtomobillərdə nasazlıq əmələ gəlib.

Bundan sonra Pezeşkiyan və onu müşayiət edən rəsmilər yoluna taksi ilə davam edib.

Araşdırmalaran sonra məlum olub ki, sözügedən YDM yanacağa su qatırmış və müvafiq qurumlara sürücülərdən bu tipi şikayət daxil olurmuş.

Oxşar xəbərlər

KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Avtobus sürücüləri sərnişinləri yolda qoyub qayıdırlar” - ŞİKAYƏT
Bakıda son iki gündə 61 sürücünün qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb
İsrailin Təbrizə hücumu nəticəsində üç nəfər həlak olub
İsrailin Təbrizə hücumu nəticəsində 5 nəfər ölüb, daha 12 nəfər yaralanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle