Azərbaycan diasporu rəhbərinin oğlu yenidən məhkəməyə gətirilib – YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Azərbaycan diasporu rəhbərinin oğlu yenidən məhkəməyə gətirilib – YENİLƏNİB-3


Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski yenidən məhkəməyə gətirilib.

Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.

15:40

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, məhkəmə yerli vaxtla saat 16:00-da keçirilməli idi. Hələlik prosesin keçiriləcəyi saat məlum deyil.

15:07

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, o, saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.

Məhkəmə prosesi başlayıb.

11:24

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.

"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.

Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.

Oxşar xəbərlər

Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlunun məhkəməsi təxirə salınıb – YENİLƏNİB -2
Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlunun məhkəməsi başlayıb - YENİLƏNİB
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı cinayət işi açılıb
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum olub- YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər