Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
sizinxeber.az xəbər saytı

Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb


Gürcüstanın Şida Kartli bölgəsinin Qori Bələdiyyəsinə bağlı Xeltubani kəndində hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edilib.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində üç polis əməkdaşı soyuq silahdan aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən texniki baxış üçün bir avtomobili saxlayıblar. Məlum olub ki, nəqliyyat vasitəsini 2009-cu il təvəllüdlü azyaşlı S.S. sürürmüş və onun sürücülük vəsiqəsi olmayıb.

Polisin qanuni müdaxiləsinə qarşılıq olaraq S.S. və bir neçə şəxs hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstərərək fiziki güc tətbiq edib. Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan bəziləri soyuq silahla yaralanıb. Hazırda yaralı polis əməkdaşlarına xəstəxanada tibbi yardım göstərilir.

Hadisəyə görə 1979-cu il təvəllüdlü G.S., 1989-cu il təvəllüdlü S.S. və 1961-ci il təvəllüdlü V.S. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin ikinci bəndi (polis əməkdaşına qarşı zor tətbiq etmə) üzrə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyindən qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hər hansı hücum qanun çərçivəsində sərt şəkildə cavablandırılacaq.

Oxşar xəbərlər

DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var
Los-Ancelesdə etiraz aksiyaları zamanı iki polis əməkdaşı yaralanıb
İstanbulda polisə hücum olub, üç nəfər yaralanıb
Serbiyada etirazçılar polisə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər