Ərdoğan: Türkiyənin Türkiyədən böyük olduğu həqiqəti 15 iyulda anlaşıldı
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyənin Türkiyədən böyük olduğu həqiqəti 15 iyulda anlaşıldı


Türkiyənin Türkiyədən böyük olduğu həqiqəti 15 iyulda anlaşıldı.

Report”un Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

“İşğalçıya baş əyməyən şəhidimi rəhmətlə anır, qazilərimizə təşəkkür edirəm. Dünyanın dörd bir tərəfində quranlar bizim üçün oxundu, dualar bizim üçün edildi. O gecə millət olma şüurunu bir daha gördük.Türkiyənin Türkiyədən böyük olduğu həqiqəti 15 iyulda anlaşıldı”,-o qeyd edib.

Türkiyə Prezidenti əlavə edib ki, türk milləti 15 iyulda canı və qanı ilə dastan yazıb:

“Bu dastan çılpaq əllərin tanklar üzərində qalibiyyətidir. Bu dastan ruhunu satan manqurtlara qarşı qələbədir”.

Oxşar xəbərlər

TBMM sədri: 15 iyulda qəhrəmanlıq və xəyanət qarşı-qarşıya idi
Yerli və xarici jurnalistlər Türkiyə Böyük Millət Məclisini ziyarət ediblər
Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır
Səfir: FETÖ tamamilə məhv edilənədək Türkiyə mübarizəyə davam edəcək
Ərdoğan TBMM-in sədrini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər