Yerli və xarici jurnalistlər Türkiyə Böyük Millət Məclisini ziyarət ediblər
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yerli və xarici jurnalistlər üçün təşkil etdiyi beynəlxalq media proqramı çərçivəsində Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) ziyarət olunub.
“Report”un Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, tədbir 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə baş tutub.
Səfər çərçivəsində Türkiyənin 81 vilayətindən 81 yerli media nümayəndəsi və 41 ölkədən 120 beynəlxalq jurnalist olmaqla, ümumilikdə, 200 media mənsubu TBMM binası ilə tanış olublar.
Daha sonra TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Zəfərin adı Türkiyə” adlı tədbir təşkil edilib.
Tədbirin ilkin mərhələsində FETÖ-nün iyulun 15-də həyata keçirdiyi çevrilişlə əlaqədar hazırlanmış qısa film nümayiş olunub.
Oxşar xəbərlər
TBMM sədri: 15 iyulda qəhrəmanlıq və xəyanət qarşı-qarşıya idi
Ərdoğan TBMM-in sədrini qəbul edib
TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”
Ərdoğan: Türkiyənin Türkiyədən böyük olduğu həqiqəti 15 iyulda anlaşıldı
TBMM sədri: Həm Rusiya, həm də Ukraynanın razı olacağı sülhün tərəfdarıyıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













