Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Vatikanda katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı, Roma Papası 14-cü Leo ilə görüşüb.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, görüşdə Qəzzadakı vəziyyət, iqlim dəyişikliyinə qarşı mübarizə səyləri, islamofobiya və irqçiliyə qarşı mübarizə, habelə ailənin cəmiyyətdəki varlığının əhəmiyyəti məsələləri müzakirə edilib.
Məlumata görə, Əminə Ərdoğan Fələstini rəsmən tanıyan ölkələrin sayının artmasının vacibliyini bildirib. Türkiyə Prezidentinin xanımı görüşdə həmin bölgədə yaşayan, kilsələri və icmaları daim təhdid altında olan xristianların da artıq rahatlıq tapmasının vacibliyini Roma Papasına çatdırıb.
Əminə Ərdoğan özünün də şəxsən prioritet verdiyi iqlim dəyişikliyi mövzusunda Türkiyədə başlatdıqları “Sıfır tullantı” hərəkatı haqqında Roma Papasına məlumat verib.
O, İslam düşmənliyi, irqçilik və dözümsüzlüyün narahatedici dərəcədə artdığına da diqqət çəkərək bu meyillərin təkcə yönəldikləri hədəf qrup baxımından deyil, cəmiyyətin bütün təbəqələri üçün təhlükə yaratdığını vurğulayıb.
Roma Papası 14-cü Leon Vatikanın da Fələstində iki dövlətli həlli və sülhü dəstəklədiyini bildirib.
Oxşar xəbərlər
Ərdoğan Olimpiadanın açılışındakı “LGBT təbliğatı”nı Roma Papası ilə müzakirə edəcək
Roma Papası Azərbaycan və Ermənistanı sülhə çağırıb
Roma Papası Zelenskini qəbul edəcək
Ərdoğan Roma Papası ilə danışıb, Paris olimpiadasının açılışında nümayiş etdirilən əxlaqsız görüntüləri pisləyib
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













