Ərdoğan: S-400 məsələsi artıq bağlanıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib.
“Report” xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Ərdoğan NATO sammitindən sonra Haaqada jurnalistlərlə söhbəti zamanı deyib: "Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb və bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik".
Türkiyə prezidenti xatırladıb ki, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib: "Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirirlər".
O, əlavə edib ki, Ankara Eurofighter qırıcılarının alınması mövzusunda işi davam etdirir: "Bu, Böyük Britaniya və Almaniya ilə davam edir. Ümid edirik ki, bu iki ölkə də bizim yaxşı niyyətimizi müsbət qəbul edəcək".
Oxşar xəbərlər
Ərdoğan Trampla Rusiya-Ukrayna müharibəsini və Yaxın Şərq məsələsini müzakirə edib
Ərdoğan: İlk fürsətdə Donald Trampla üzbəüz görüşəcəyik
Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir
Ərdoğan Blinkenlə nələri müzakirə etdi?
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Fələstinə dəstəyini bundan sonra da davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













