Dağıstanın dövlət katibi saxlanılıb - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
in
2025
14:30

Dağıstanın dövlət katibi saxlanılıb - YENİLƏNİB-2

25 in, 2025
14:30
474

Dağıstanın dövlət katibi saxlanılıb - YENİLƏNİB-2

Qanunsuz özəlləşdirmə ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində güc strukturları Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovu, həmçinin onun bir çox qohumlarını və iş yoldaşlarını saxlayıblar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya nəşri "Kommersant" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

"Cinayət işi qanunsuz özəlləşdirmə ilə bağlı açılıb. Müəssisə (dövlət mülkiyyətinə - red.) qaytarılacaq", - mənbə qeyd edib.

12:04

Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

“Sizinxeber.az” bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

KİV-in məlumatına görə, dövlət katibi oğurluqla bağlı cinayət işi üzrə saxlanılıb.

11:11

Dağıstan başçısının və hökumətinin administrasiya binasında axtarışlar aparılır.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə TASS mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, axtarışlar Dağıstan dövlət katibi Maqomed-Sultan Maqomedovun kabinetində aparılır.

Regionun güc strukturlarındakı digər mənbə qeyd edib ki, axtarışlar Maqomedova qarşı açılmış cinayət işi çərçivəsində bir neçə ünvanda aparılır.

Gülnar Mahmudova

Bizimlə əlaqə saxlayın