Ərdoğan: Türkiyə bu gün də sülh və diplomatiya fikrini müdafiə edir
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyə bu gün də sülh və diplomatiya fikrini müdafiə edir


Türkiyə insanlıq adına xaos, savaş, zülm, eləcə də mülki vətəndaşların ölümünü görmək istəmir və onların olduğu ərazilərin hədəf alınmaması fikrini müdafiə edir.

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu”nda çıxışı zamanı deyib.

Prezident bildirib ki, Türkiyə həm Rusiya - Ukrayna, həm Hindistan - Pakistan münaqişəsində, həm də Suriyadakı süquta uğradılan rejim və hazırda İrana qarşı İsrailin hücumları sırasında hər zaman bu fikri ifadə edib.

R.T.Ərdoğan humanitar faciələrə səssiz qalanların da birbaşa məsuliyyət daşıdığını vurğulayıb.

"Türkiyə olaraq heç vaxt mövqeyimizi dəyişmədik və heç vaxt məzlumların yanında olmaqdan çəkinmədik. Türkiyə bu gün də sülh, diplomatiya və ədalət fikrini müdafiə edir".

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə beynəlxalq siyasətdə güc sahibidir
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
Ərdoğan İsrailin İrana hərbi hücumlarını pisləyib
Ərdoğan: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq
Ərdoğan: Yunanıstanın bütün addımlarını izləyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle