Sizinxeber.az » DÜNYA » Region » Hakan Fidan: Türkiyə bütün mümkün ssenarilərə uyğun lazımi tədbirləri görür - YENİLƏNİB

Hakan Fidan: Türkiyə bütün mümkün ssenarilərə uyğun lazımi tədbirləri görür - YENİLƏNİB

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun bütün mümkün ssenarilərə özünə ehtiva edən lazımi tədbirləri görür.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazir Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər, baş qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalının da iştirakı ilə keçirilən və əsas mövzusu İsrailin İrana hücumları olan görüşün nəticəsi barədə “X” hesabında yazıb.

O bildirib ki, Türkiyə proseslərin əvvəlindən bəri İran, İraq, İordaniya, ABŞ kimi ölkələrlə təmaslar həyata keçirir:

“Qəzzada humanitar fəlakətə səbəb olan, Livanı sabitsizliyə aparan və bu gün də İranı hədəf alan İsrail bölgəni xaosa aparmaq cəhdlərindən ən qısa zamanda əl çəkməlidir. Bölgəmizdə getdikcə artan gərginliyin diqqəti Qəzzadan ayırmasına imkan verməməliyik. ABŞ Prezidenti Donald Trampın nüvə müzakirələri ilə bağlı başlatdığı müzakirələrin davam etməsi nüvə mübahisəsinin səbəb olduğu münaqişənin həlli üçün yeganə üsuldur. Diplomatiya müharibənin yeganə alternatividir”.

18.13

Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş qərargah rəisi Metin Gürak və Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Xarici İşlər Nazirliyinin binasında bir araya gəlib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə İsrailin İrana hava hücumu və bunun mümkün nəticələri müzakirə edilir.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib. Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib. İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar. Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !