Hücum edən və günahsız insanları öldürən bizik? - Bəqai
sizinxeber.az xəbər saytı

Hücum edən və günahsız insanları öldürən bizik? - Bəqai


İran bölgədə məsuliyyətli güc olduğunu sübut edib və biz zorakı deyilik. Əksinə, zorakılığa qarşıyıq. Sadəcə davranışımıza baxın.

Sizinxeber.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Minlərlə kilometr uzaqda Amerikaya qarşı hərbi kampaniya başladan biz idik? Bir gün ərzində 170 günahsız insanı öldürən biz idik? Qərb yarımkürəsində Kuba, Venesuela və digər ölkələrə təzyiq göstərən bizik? Diplomatik proses zamanı iki dəfə bu cür böyük cinayət törədən biz idik?

Bir ölkəyə hücum etmək, onun infrastrukturunu dağıtmaq, həmin ölkənin liderini və vətəndaşlarını qətlə yetirmək məsuliyyətli davranış nümunəsidirmi?”, - o qeyd edib.

Oxşar xəbərlər

İsmayıl Bəqai: İranın hər yerində çox sayda insan öldürülüb
Bəqai: İran Fars körfəzi dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir
İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər