Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Rusiya artıq strateji baxımdan Ukraynadakı müharibəni uduzub, çünki Prezident Vladimir Putin əvvəlcədən elan etdiyi strateji məqsədlərin heç birinə nail ola bilməyib.
Axar.az xəbər verir ki, bu fikri NATO Hərbi Komitəsinin keçmiş sədri, admiral Rob Bauer bildirib.
“Əgər onların nəyə nail olmaq istədiyinə baxsaq, görərik ki, heç bir məqsədlərinə çatmayıblar. Onlar hətta 12 illik müharibədən sonra Donetsk və Luqansk vilayətlərini də tam ələ keçirə bilməyiblər. Buna görə hesab edirəm ki, bu, ruslar üçün strateji uğursuzluqdur”, – deyə admiral vurğulayıb.
O xatırladıb ki, Ukrayna 2022-ci ildə ruslar tərəfindən işğal olunmuş ərazilərin təxminən yarısını geri qaytarıb. Onun fikrincə, əgər Ukrayna o vaxt Qərb tərəfdaşlarından sonradan verilən bütün silah sistemlərini əvvəlcədən alsaydı, müharibə indi tamamilə fərqli mərhələdə olardı.
“Ukraynalılar həmin yay əvvəlcə işğal olunmuş əraziləri geri almaqda daha böyük uğurlar qazana bilərdilər”, – deyə o əlavə edib.
Oxşar xəbərlər
Ruslar kifayət qədər ağıllıdır, bunu etməyəcəklər
Zelenski Donbasın Rusiya tərəfindən tezliklə işğal ediləcəyi barədə bəyanatları təkzib edib
Ruslar 1,5 km irəlilədi, ukraynalılar geri çəkildi
Əgər Kurskda baş verənlər Putini qane etmirsə… - ABŞ
Rusiyada yeni səfərbərlik: Böyük itki....
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
