Rusiya bu ölkəyə uçuşları bərpa etdi
sizinxeber.az xəbər saytı

Rusiya bu ölkəyə uçuşları bərpa etdi


Rusiya Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar üzrə biletlərin satışının dayandırılması ilə bağlı tövsiyəni ləğv edib və Rusiya aviaşirkətlərinin İranın hava məkanından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə qərarı “Rosaviasiya” Rusiya Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla qəbul edib.

Rusiya aviaşirkətləri BƏƏ-yə və BƏƏ-dən uçuşlar üzrə biletlərin satışını bərpa edə, həmçinin İranın aviasiya orqanlarının bütün tövsiyələrinə ciddi əməl etməklə tranzit uçuşları və İran İslam Respublikasının hava limanlarına reyslər həyata keçirə bilərlər.

Qeyd edək ki, Yaxın Şərq münaqişəsi ilə bağlı uçuşlar dayandırılmışdı.

Oxşar xəbərlər

Rusiya aviaşirkətlərinin İsrail, İordaniya, İraq və İrana uçuşlar həyata keçirməsi qadağan edilib
Xarici aviaşirkətlər Rusiya ilə Braziliya arasında uçuş hüququ əldə edə bilər
Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib
İranın hava limanları fəaliyyətlərini bərpa edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər