Rusiya aviaşirkətlərinin İsrail, İordaniya, İraq və İrana uçuşlar həyata keçirməsi qadağan edilib
sizinxeber.az xəbər saytı

Rusiya aviaşirkətlərinin İsrail, İordaniya, İraq və İrana uçuşlar həyata keçirməsi qadağan edilib


Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) ölkə aviaşirkətlərinə Yaxın Şərqə uçuşları məhdudlaşdırmaqla bağlı göstərişlər verib.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

"Rosaviasiya aviaşirkətlərə İsrail və İran hava limanlarına/hava limanlarından uçuşlar, eləcə də İsrail, İordaniya, İraq və İran hava məkanında uçuşlar həyata keçirməməklə bağlı göstərişlər verilib", - qurumdan bildirilib.

Göstərişlər ilkin olaraq iyunun 26-sı Moskva vaxtı ilə saat 02:59-a (Bakı vaxtı ilə 03:59) qədər qüvvədədir.

"Rosaviasiya" vurğulayıb ki, qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

Oxşar xəbərlər

KİV: Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb
İordaniya İran və İsrail arasında gərginlik fonunda hava məkanını bağlayır
"Rosaviasiya": Kazan hava limanında gün ərzində ikinci dəfə məhdudiyyətlər tətbiq edilib
Daha bir neçə Rusiya hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib
Tehrandan uçuşlar təxirə salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle