Xarici aviaşirkətlər Rusiya ilə Braziliya arasında uçuş hüququ əldə edə bilər
sizinxeber.az xəbər saytı

Xarici aviaşirkətlər Rusiya ilə Braziliya arasında uçuş hüququ əldə edə bilər


Nəqliyyat Nazirliyi beşinci azadlıq hüququ əsasında Rusiya və Braziliya arasında uçuşlar həyata keçirmək üçün dost ölkələrin xarici aviaşirkətlərinin cəlb edilməsi imkanlarını nəzərdən keçirir.

Bu barədə “Sizinxeber.az” “TASS”a istinadən xəbər verir.

Beşinci azadlıq hava daşıyıcılarına əgər uçuş öz ölkəsində başlayırsa və ya bitirsə iki xarici dövlət arasında uçmağa imkan verir.

Qeyd olunub ki, Rusiya aviaşirkətlərinin Braziliyaya uçuşları bərpa etməsi hazırda onların birbaşa uçuş həyata keçirə bilən təyyarələrinin olmaması səbəbindən mümkün deyil.

Buna baxmayaraq, Braziliya aviaşirkətləri Rusiyaya birbaşa uçuşlar həyata keçirməyi təklif edərlərsə, müvafiq icazələr hazırlana bilər.

Oxşar xəbərlər

“Ural Hava Yolları” Soçidən Bakıya birbaşa uçuşlara başlayır
Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir
Türkiyə Suriyaya 13 il əvvəl dayandırılan uçuşları bərpa edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər