Nüvə enerjisi sahəsi: Ankaradan 100 milyardlıq investisiya...
sizinxeber.az xəbər saytı

Nüvə enerjisi sahəsi: Ankaradan 100 milyardlıq investisiya...


ABŞ və İsrailin İrana qarşı müharibəsi və bunun fonunda Tehranın Hörmüz boğazını gəmilərə bağlaması ilə yaranan qlobal böhranda xam neft və təbii qaz çatışmazlığının yaratdığı enerji böhranı nüvə enerjisinə yeni investisiyaların qoyulmasına təkan verir.

Far.Az Türkiyə mediasına istinadən xəbər verir ki, nüvə enerjisi investisiyalarını işıqlandıran Asiya media orqanları Türkiyənin bu sahədəki təşəbbüslərini də qiymətləndiriblər.

Qeyd olunub ki, Türkiyə nüvə enerjisi sahəsində qətiyyətlə irəliləyən ölkələrdən biridir.

Türkiyənin qlobal tərəfdaşlarla əməkdaşlıqdan istifadə edərək 8 yeni reaktorun inşasını əhatə edən plan çərçivəsində növbəti 10 il ərzində 100 milyard ABŞ dollarına qədər investisiya yatırmağı hədəflədiyi bildirilib:

“Enerji qiymətlərinin artması və regional qeyri-sabitlik fonunda Avropa ilə Asiya arasında yerləşən Türkiyə uzunmüddətli iqtisadi transformasiyaya başlayıb. Nüvə inkişaf proqramının flaqmanı Rusiyanın “Rosatom” şirkəti tərəfindən inşa edilən Akkuyu AES-dir. 4,8 GVt gücə malik dörd blokun hamısı istifadəyə verildikdən sonra AES Türkiyənin elektrik enerjisinə olan ehtiyacının 10 faizini ödəyə biləcək”.

Oxşar xəbərlər

Nazir: Türkiyə nüvə enerjisi tədarük etmək istəyir
Haber Global: Türkiyə COP29-da emissiya hədəflərinə çatmaq üçün nüvə enerjisinin inkişafını sürətləndirəcəyini açıqlayıb
Bayraktar: “Akkuyu” AES-in istismarına 2025-ci ildən başlana bilər
Çin nüvə enerjisi sahəsində dünya lideri olub
Tramp: İranın nüvə enerjisinə ehtiyacı yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar