sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Nigeriyada güclü partlayış baş verdi
Naməlum şəxslər Nigeriyanın şimal-şərqində bazar ərazisində və tədris xəstəxanasının yaxınlığında partlayış törədiblər. İlkin məlumatlara görə, ölənlər var.
Far.Az xəbər verir ki, bu barədə “The Cable” məlumat yayıb.
Partlayışlar Borno əyalətinin paytaxtı Mayduquridə baş verib. Əsas bazara və Mayduquri Universiteti Tədris Xəstəxanasına zərər dəyib. Hakimiyyət orqanları sakinlərdən təmkinli olmağı və ərazidən uzaq durmağı xahiş edib. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Mayduquri Nigeriya təhlükəsizlik qüvvələrinin əsas düşməni olan ekstremist qrup Boko Haramın 2009-cu ildə yaradıldığı şəhərdir.
Oxşar xəbərlər
Nigeriyada avtobusun minaya düşərək partlaması nəticəsində 8 nəfər ölüb
“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər
KİV: "Boko Haram" silahlıları Nigeriyada 20 balıqçını öldürüblər
Nigeriyada avtobus minaya düşüb: 8 nəfər ölüb, 20-dən çox yaralı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
